MTN-ə «işə düzəldənlər» həbs olundu

Foto: Arxiv

Milli Təhlükəsizlik Nazirliyinə (MTN) işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxslər saxlanıb.

Nazirliyin məlumatında deyilir ki, Bakı sakini Elçin Ağacanov bir nəfərə (şəxsin adı özünün xahişi ilə açıqlanmır) yalan vədlər verərək 50 min manata onu MTN-ə işə düzəldəcəyini deyib.

Elçin Ağacanovun Bayıl qəsəbəsində yerləşən restoranların birində həmin şəxsdən 50 min manat alarkən cinayət başında yaxalandığı bildirilir.

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun birgə əməliyyatı zamanı Maştağa qəsəbəsində yaşayan İlqar Cavadov da saxlanıb.

Adının açıqlanmasını istəməyən bir şəxs MTN-ə müraciətində yazıb ki, İlqar Cavadov onu nazirliyə işə düzəltmək adı ilə 80 min manat istəyib. İlkin ödəniş kimi 5 min manat verilməsi barədə razılaşıblar.

Sabunçu rayonundakı kafelərin birində 5 min manat pulu ərizəçidən alarkən İlqar Cavadovun da yaxalandığı qeyd edilir.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Cinayət işi başlanıb.