Misir hökuməti Tahrir meydanını etirazçılardan təmizləyir

Qahirənin təhlükəsizlik qüvvələri Tahrir meydanını aksiyaçılardan təmizləmək üçün hərəkətə gəlib. Misirin paytaxtından verilən məlumata görə, etirazçılar küçələrə dağılışıblar. 5-ci gün davam edən aksiyalar zamanı 13 nəfərin öldüyü, yüzlərlə adamın yaralandığı xəbər verilir.

Ordu generalı mətbuat konfransında bildirib ki, "pis qüvvələr" ölkədə xaos yaratmaq istəyirlər, əsgərlər isə onları təxribata çəkənlərə qarşı təmkinli davranmağa çalışıb.

BMT və ABŞ Misirdə etirazçılara qarşı güc işlədilməsindən narahatlıqlarını ifadə ediblər.