Sahil metrosunda bomba həyacanı

Bu gün səhər saatlarında Bakı Metropolitenin “Sahil” stansiyasına partlayıcı qurğu qoyulması barədə polisə zəng daxil olub.

Lent.az-ın məlumatına görə, stansiyanın yaxınlığında yanğınsöndürmə maşınları, həmçinin hüquq-mühafizə orqanlarının nümayəndələri toplaşıb. Lakin xilasedicilər və axtarış qrupu stansiya ərazisində hər hansı şübhəli əşya aşkarlamayıb.

Hazırda anonim zəngin mənbəyi araşdırılır.