Prezident Sumqayıtda Olimpiya İdman Kompleksini açdı

Dekabrın 19-da Sumqayıt Olimpiya İdman Kompleksinin açılışı olub.
Mərasimdə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

İnşasına 2007-ci ildə başlanılan kompleksin ümumi sahəsi 13477 kvadratmetrdir.