Çində müsəlman geyiminə qadağa qoyuldu

Yerli müsəlmanlar narazılıq edir

Hökumətin adamları geyim mağazaları və tikiş fabriklərini gəzir, inadkarlıq edənləri xüsusi idarəyə aparırlar
Çində İnin Sinszyan-Uyğur şəhərinin hakimiyyəti burada yaşayan müsəlmanların geyiminə müəyyən qadağalar tətbiq etməyə başlayıb. Yeni tələblərə əsasən, milli azlıqların nümayəndələrinə “çadra taxmaq, ərəb geyimi geyinmək, saqqal saxlamaq” qadağan olunur.

Bu cür məlumat şəhər administrasiyasının saytında peyda olub. Xəbər İnternet vasitəsilə geniş ictimaiyyətə yayılandan sonra yerli sakinlər arasında böyük narazılıq yaranıb.

Çin hökuməti bu qərarın səbəbini açıqlamayıb. Bəzi KİV-lərin yaydığı məlumata görə, hakimiyyət “dini təfəkkürün azaldılması və sivil sağlam cəmiyyətə marağın artırılması” istiqamətində yeni kampaniyaya başlayıb.

Məxsusi olaraq bu kampaniya çərçivəsində yaradılan işçi qruplar milli azlıqların yaşadığı rayonlarda situasiyanı qiymətləndirməklə məşğuldurlar. Onlar geyim mağazalarını, tikiş fabriklərini gəzir, İslama uyğun paltarları yığışdırmağı tapşırırlar.

Yerli “Stabilliyi dəstək mərkəzi” “tərbiyələndirmək sinfi” təşkil etmək niyyətindədir. Bura ayrı-ayrı vətəndaşlar salınacaq. Lap tərslik edənləri isə ictimai təhlükəsizlik orqanlarına aparacaqlar.

Çinli internet istifadəçiləri isə hökuməti milli azlıqları məhv etməkdə, onların mədəniyyəti, adət-ənənələrini tapdamaqda, millətlərarası münaqişəni qızışdırmaqda ittiham edir.