Şimali Koreyada kütləvi ağlaşma...

Kim Jong-il

Şimali Koreyanın lideri Kim Jong-il dekabrın 17-də 69 yaşında ölüb. Onun ölüm xəbəri haqqında məlumatı dövlət televiziyası yayıb.

Xəbərdə Kim Jong-il'in həddən artıq fiziki və əqli işlə məşğul olması səbəbindən vəfat etdiyi bildirilib.

Onun qatarla səyahət zamanı ürək tutmasından vəfat etməsi haqqında da xəbərlər var.

Hakimiyyətin artıq onun üçüncü oğlu Kim Jong-Un'a ötürülməsi prosesi başlanıb. Atası onu 2009-cu ildə varis elan etmişdi.

Şimali Koreyanın dövlət televiziyası Kim Jong-il-un vəfat etdiyini elan edir:


Kim Jong-Il hakimiyyətə 1994-cü ildə atası, Şimali Koreyanın qurucusu Kim il Sung'un ölümündən sonra gəlmişdi.

Dövlət televiziyası bildirib ki, Kim Jong-il'in dəfni dekabrın 28-də Pxenyanda olacaq.

Şimali Koreyanın rəsmi informasiya agentliyinin paytaxt Pxenyandan yaydığı video:
http://www.youtube.com/embed/9Xy2InXXIkk?rel=0