Çingiz Əlioğlu. Boşalmış bədən satılır…

boşalmış bədən satılır…
ruhun tərk etdiyi can
icarəyə verilir.

necə mat qalmasın adam
bakıda
bakirə çıxır
bəlkə də
onuncu kərə
kirayə verilən əndam…

Avqust, 2008.