Qazaxıstanda neftçilər polislə toqquşub - 10 nəfər həlak olub

Fəhylələr polisi qovurlar, 16 dekabr 2011

Qazaxıstanın neft şəhərciyi olan Janaozendə polislə neft işçilərinin toqquşmalarında 10 etirazçı həlak olub. Bunu Qazaxıstanın baş prokuroru Askhat Daulbayev deyib.

Baş prokuror nümayişçilərə atəş açılması fikirlərini isə təkzib edib.

Dövlət neft şirkəti olan KazMunaiGasın işçiləri maaşlarının qaldırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Etirazlar 6 ay bundan qabaq başlanıb.

Tətilə çıxdığına görə yayda min adam işdən qovuldu. Ancaq nümayişlər davam edirdi.

***

Qazaxıstanın Janaozen şəhərində kütləvi iğtişaşlar nəticəsində dekabrın 16-da bayram tədbiri pozulub. Ölkənin müstəqilliyinə həsr olunmuş tədbir zamanı bir qrup adam səhnəni dağıdıb. Polisin 2 əməkdaşı isə döyülüb. Baş Prokurorluğun məlumatında belə deyilir.
“Aktau-Lada” qəzetisə yazır ki, yaralı polislərin sayı 5-dir və onlar ağır halda xəstəxanaya yerləşdiriliblər.
İTAR-TASS şəhərdə inzibati binanın yandırıldığını xəbər verir.
Hadisəylə bağlı cinayət işi açılıb.
Yerli KİV-lər hücum edənlərin 7 aydır əmək haqlarının artırılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edən neftçilərin olduğunu yazırlar. Neftçilərdən biri Bayanbay Atanbayul AzadlıqRadiosunun Qazax xidmətinə deyibl ki, hökuməti baş verəcəklərlə bağlı xəbərdar ediblər.
“Amma olanlarda təkcə tətil edən neftçiləri günahlandırmaq olmaz. Biz demişdik ki, xalqın səbri tükənə bilər”.
Hadisə zamanı yaralananlar var. Təsdiqlənməmiş məlumatlarda ölənlərin olduğu da bildirilir.
http://www.youtube.com/embed/y4De4CSEvAU