Misirdə 20 mindən artıq siyasi məhbusu azad ediblər

Foto: Arxiv

Fevraldan bu yana Misirdə 20 mindən artıq siyasi məhbus azad olunub.

Bu haqda Misirin rəsmi MENA agentliyi Baş nazir Kamal al-Qanzuri'yə istinadən xəbər verib.

Baş nazir deyib ki, siyasi məhbuslardan hələ 70 nəfəri həbsdədir.

Keçmiş prezident Hosni Mubarak'in rəqibləri olan həmin şəxslər 1981-ci ildə ölkədə fövqəladə vəziyyət elan edildikdən sonra həbs olunmuşdular.