11 ayda yol qəzalarında 940 nəfər ölüb, 3037 nəfər xəsarət alıb

Foto: Arxiv

Respublika Baş Dövlət Yol Polisi İdarəsi bu ilin 11 ayı ərzində ölkə ərazisində baş verən yol qəzalarının statistikasını açıqlayıb.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev «APA»ya bildirib ki, cari ilin ötən 11 ayı ərzində respublikada 2820 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 940 nəfər ölüb, 3037 nəfər isə xəsarət alıb. Respublikada baş verən yol qəzalarının 1211-i Bakı şəhərində törədilib. Həmin qəzalarda 335 nəfər ölüb, 1288 nəfər xəsarət alıb.

Yol qəzalarının 1266-sı sürət həddinin aşılması nəticəsində baş verib.

365 piyada həyatını itirib, 842 nəfər isə xəsarət alıb.

Yol qəzalarında ölənlərdən 92-si 16 yaşınadək olan uşaqlar olub.