İran naziri deyir ki, ABŞ təyyarəsini istəmək əvəzinə İrandan üzr istəməlidir

İran ABŞ-ın pilotsuz təyyarəsini qaytarmaq xahişini rədd edib.

İranın vurduğu təyyarə haqda müdafiə naziri Əhməd Vahidi deyib ki, ABŞ öz təyyarəsini istəmək əvəzinə İranın hava hüdudlarına soxulduğuna görə İrandan üzr istəməlidir.