Elmira Süleymanova əfv siyahısını prezident İlham Əliyevə təqdim edib

Foto: Arxiv

Ombudsman Elmira Süleymanova Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə əfv fərmanı imzalanması xahişi ilə prezident İlham Əliyevə müraciət edib.

Bu barədə jurnalistlərə açıqlama verən Elmira Süleymanova bildirib ki, prezidentə əfv olunması məqbul sayılan şəxslərin siyahısı təqdim edilib, bu siyahıda 70-dən çox şəxsin adı var:

«Bizim əvvəllər də təqdim etdiyimiz siyahılarda ahıllar, xəstələr, qadınlar, yeniyetmələr, jurnalistlər və bu kimi kateqoriyalardan olan insanlar üstünlük təşkil edib. Yəni istəyirik ki, əfv fərmanı imzalanan zaman bu kateqoriyadan olan insanlara hansısa formada üstünlük verilsin. Ümumilikdə indiyədək Ombudsman Aparatının təşəbbüsü ilə 339 məhbus əfv olunub». /apa/