Pakistan prezidenti daha iki həftə Dubayda qalacaq

Pakistan prezidenti Asif Ali Zardari müalicədən sonra daha iki həftə Dubayda qala bilər. Bu haqda baş nazir Yusuf Raza Gilani məlumat verib.

56 yaşlı Pakistan prezidenti Dubayda ürəyindən müalicə olunur. Bir neçə gün əvvəl müalicənin uğurlu olduğunu, prezidentin İslamabada qayıdacağı bildirilmişdi.