Həftənin şəkilləri: 3-10 dekabr

Çex Respublikasının prezidenti Vaclav Klaus (solda) Praqada səfərdə olan rusiyalı həmkarı Dmitry Medvedevlə mətbuat konfransından əvvəl qədim kilsədə söhbət edir. 8 dekabr 2011

Serbiyada "Heç vaxt Avropa Birliyinə getməyək" şüarı yazılmış divarın yanı ilə hərəkət edən kişi. 8 dekabr 2011

Moskvada Triumphalnaya meydanında müxalifətlə hakimiyyətyönümlü gənclər təşkilatı fəalları arasında qarşıdurma. 6 dekabr 2011

Pakistanda yandırılan NATO-nun Əfqanıstana yanacaq daşıyan maşınlarından qalxan tüstü. 9 dekabr 2011

Rusiyada kreml yönümlü gənclər təşkilatı parlament seçkisində qələbəni mitinqlə qeyd edirlər. 6 dekabr 2011

Rusiyada kreml yönümlü gənclər təşkilatı parlament seçkisində qələbəni mitinqlə qeyd edirlər. 6 dekabr 2011

Suriyada hökumət əleyhinə etiraz aksiyasında kürd bayrağı ilə gəzən balaca qız. 6 dekabr 2011

Yunanıstanın paytaxtı Afinada parlamentin binasının qarşısında etiraz aksiyası iştirakçıları polisə molotov kokteyli atırlar. 6 dekabr 2011

Əfqanıstanın partyaxtı Kabulda Aşura zamanı törədilən partlayışdan az sonra polis bir qadını partlayış baş verən ərziyə buraxmır. 6 dekabr 2011

Qazaxıstanda Almaatı yaxınlığında keçirilən illik ovçu yarışında iştirakçılardan biri özünün ov qartalını buraxır. 9 dekabr 2011

Pakistanda NATO-nun Əfqanıstana yanacaq və başqa təchizat malları aparan maşın karvanı raketlərlə partladılıb. 8 dekabr 2011

Moskvada hakimiyyət tərəfdarlarının parlament seçkisində qələbə münasibətilə keçirdikləri mitinqdə iştirakçılardan ikisi bir-birinə qışqırır. 6 dekabr 2011

Moskvada Kreml yönümlü gənclər təşkilatının fəalı parlament seçkisinin nəticələrinin saxtalaşdırıldığını deyən müxalifətin keçirdiyi etiraz aksiyasında müxalifətin fəallarından birinə hücum edir. 6 dekabr 2011

Yunanıstanın paytaxtı Afinada parlamentin binasının qarşısında etiraz aksiyası iştirakçıları polisə molotov kokteyli atırlar. 6 dekabr 2011

Əfqanıstanın paytaxtı Kabulda Aşura mərasimi zamanı törədilən partlayışdan bir neçə saniyə sonra adamların reaksiyası, 6 dekabr 2011

Dekabrın 10-da Moskvada müxalifətin kütlvəi etiraz aksiyası.

Brüsseldə Avropa Birliyi ölkələri liderlərinin avro-nun xilasına dair sammiti ərəfəsində bu satıcı da avro-lu saatını satır. 8 dekabr 2011

Ukraynanın qadın təşkilatı FEMEN Moskvada parlament seçkisinin saxtalaşdırılmasına etiraz edən Rusiya müxalifətinə dəstək aksiyası. 9 dekabr 2011