Karzainin nümayəndəsi onun 3-cü dəfə seçilmək fikrində olmadığını deyir

Əfqanıstan prezidentinin mətbuat xidməti 3-cü müddətə hakimiyyətdə qalmaq üçün Hamid Karzainin konstitusiyanı dəyişmək istəməsilə bağlı məlumatı təkzib edib.

Kütləvi informasiya vasitələrinin Almaniya kəşfiyyatına istinadla yaydıqları məlumata görə, Karzai NATO qüvvələri 2014-cü ildə ölkəni tərk etdikdən sonra geniş səlahiyyətlər aımaq üçün hakimiyyətə qalmağa can ata bilər.

Amma prezidentin mətbuat katibi Aimal Faizi onun konstitusiyaya düzəliş etmək fikrində olmadığını deyir.