Rusiyada MSK günün sonunda seçkinin nəticəsini elan etməlidir

Rusiyanın Mərkəzi Seçki Komissiyası bu günün sonunda Dumaya seçkilərin nəticəsini elan etməlidir.

Baş nazir Putinin Vahid Rusiya partiyası dekabrın 4-də keçirilmiş seçkilərdə səslərin təxminən yarısını yığıb.

Müxalifət seçkilərin saxtakarlıqla və pozuntularla keçdiyini bildirir.
Müxalifətin etiraz nümayişlərində yüzlərlə adam həbs olunmuşdu.
Şənbə günü müxalifət Moskvada nümayişə 30 min adam çıxaracğını bildirir.