Putin ABŞ-ı Rusiya müxalifətini qızışdırmaqda ittiham edir

Rusiyanın baş naziri Vladimir Putin  ABŞ-ı ittiham edib ki, onlar ölkədə parlament seçkisinin nəticələrinə etiraz edənləri ruhlandırır.

Dekabrın 4-dəki səsvermənin nəticələrini saxta və ədalətsiz sayan yüzlərlə adamın etiraz aksiyasına başlamasından sonra Pution ilk dəfə ictimaiyyətə müraciət edib. O deyib ki,
ABŞ dövlət katibi Hillary Clinton müxalifətə siqnal verib.

Brüsseldə Clinton bildirib ki, seçki ilə bağlı onun narahatçılığı əsaslıdır.

Seçkini izləyən müşahidəçilər də tənqid edib.

Dekabrın 4-də keçirilən seçkidə hakim Vahid Rusiya partiyası parlamentdə yerlərin əksər hissəsinə sahib olub. Yüzlərlə adam seçkinin ədalətsiz keçdiyini iddia edərək etiraz aksiyalarına çıxıb.