NATO ölkələri Əfqanıstanla Pakistanı müzakirə edəcək

Bu gün Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin ikigünlük görüşü başlayır. Müzakirələr Əfqanıstan və Pakistandakı vəziyyətlə bağlı olacaq.

NATO-nun hava zərbələri nəticəsində 24 Pakistan hərbçisinin ölməsindən sonra Pakistanla vəziyyət gərginləşib. Bundan başqa Əfqanıstanın gələcəyi ilə bağlı Bonnda keçirilmiş konfransın nəticələri diqqət mərkəzində olacaq.