Avropa Birliyindən verilən məlumata görə gələn ilin əvvəlindən Gürcüstan və Moldova ilə azad ticarət danışıqlarına başlayır. Bu məlumat ABŞ və Avropa Birliyinin təzyiqləri ilə Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyünə Tbilisinin qoyduğu vetonu götürməsindən sonra yayılıb.
Hazırda Gürcüstan və Moldova Avropa Birliyinin bazarlarına imtiyazlı çıxışa malikdirlər. İndi 27 dövlətin qatıldığı bu blokda hesab edirlər ki, hər iki ölkə bu bazarlara daha geniş çıxış üçün qanunverciliklərində kifayət qədər dəyişikliklər ediblər.