Soros Fondu Azərbaycanda fəaliyyətini dayandırdı

Foto: Arxiv

Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu (ACIYF-Azərbaycan) Azərbaycanda fəaliyyətini dayandırması haqda açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Azərbaycanda 15 il demokratik islahatların inkişafına çalışan Fond 2012-ci ildən qrantların verilməsini dayandırır və əməliyyat, struktur yenilənməsi prosesinə başlayır.

Fond bundan sonra Azərbaycanda açıq cəmiyyət səylərinin dəstəklənməsini ölkədən kənar həyata keçirəcək.