Bonnda Əfqanıstanla bağlı konfrans başlayır

Bu gün Bonnda Əfqanıstanla bağlı geniş konfrans işinə başlayacaq. Konfransda 2011-ci ildə NATO qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra ölkənin inkişafı məsələləri müzakirə olunacaq.

Konfransda ABŞ dövlət katibi Hillary Clinton da daxil olmaqla 85 ölkə və 16 beynəlxalq təşkilat nümayəndəsi iştirak edəcək.