Misirdə seçkinin ilkin rəsmi nəticələri elan edilib

Misirdə keçirilmiş parlament seçkisinin birinci mərhələsində səslərin 65 faizini islamçı partiyalar yığıb.

Rəsmi açıqlamaya görə Müsəlman Qardaşları hərəkatı 36 faizdən bir qədər artıq, Sələfi əl Nur partiyası isə 24,5 faiz səs toplayıb.

Ⅶ-cü yerdə isə təxminən 13 faiz səslə liberallar gəlir.

Bazar ertəsi seçkinin ikinci mərhələsi başlanır.

3-cü mərhələsi isə yanvarın əvvəllərində başlayacaq.

Yanvarın 10-da seçkinin yekun nəticələri elan ediləcək və bundan sonra prezident seçkisi keçiriləcək.