Əfsanəvi futbolçu Socrates 57 yaşında vəfat edib

Əfsanəvu futbolçu, vaxtı ilə Braziliya yığmasının kapitanı olmuş Socrates 57 yaşında vəfat edib.

O şənbə günü ağır vəziyyətdə San Pauladakı klinikalardan birinə götürülsə də həyatını xilas etmək mümkün olmayıb.

Həkimlərin rəyinə görə, idmançı bağarsaq infeksiyası nəticəsində baş vermiş septik şokdan ölüb.

Socrates 1982-1986-cı illərdə Braziliya yığmasının kapitanı olub.

Bundan başqa o ölkəsində məşhur televiziya şərhçilərindən biriydi.