Londonu tərk edən iranlı diplomatlar Tehrana dönüblər

İRNA agentliyinin məlumatına görə onları hava limanında 150-ə yaxın adam qarşılayıb.

Britaniya hökuməti Tehrandakı səfirliyinə edilmiş hücuma cavab olaraq noyabrın 30-da
Londondakı İran səfirliyinin bağlanması və diplomatların 48 saat ərzində ölkəni tərk etməsini göstəriş vermişdi.

Həmçinin Almaniya, Fransa və Niderland İrandakı səfirlərini geri çağırıblar.