Bu gündən metroda gediş haqqı 20 qəpikdir

Bu gündən Bakı Metropolitenində gediş haqqı 33% bahalaşıb. Tarif (Qiymət) Şurasının qərarına görə, dekabrın 1-dən Bakı Metropolitenində gediş haqqı 20 qəpiyə qaldırılıb.

2009-cu ilin oktyabrından indiyə kimi metroda gediş haqqı 15 qəpik idi. Son illərdə üçüncü dəfədir ki, metroda gediş haqqı qalxıb.

Rəsmilər gediş haqqının qaldırılmasını Bakıda bu xidmətin ucuz olması ilə izah edir, bəzi sərnişinlər isə qiymət artımına etiraz edirlər.