İstanbulda silahlı ətrafdakılara atəş açıb

İstanbulda turistlərin sıx olduğu Sultanehmet ərazisində silahlı şəxs ətrafdakılara atəş açıb. Atəş nəticəsində 2 nəfər yaralanıb. Topqapı Sarayında silahlı ilə polis arasında 1 saat yarım atışma olub. Silahlı öldürülüb.

İstanbul polisinin rəisi Hüseyn Çapkın silahlının xarici ölkə vətəndaşı olduğunu bildirib.