-
- Əgər Cənubi Qafqaz ölkələrinin müstəqil olduğu son 20 ili analiz etsək, onların hansını regionda lider dövlət saymaq olar?
- Kiminsə lider olduğunu demək çətindir. Təbii ehtiyatları baxımından, əlbəttə ki, regionun ən zəngin ölkəsi Azərbaycandır.
Əhali baxımından da Azərbaycan həmişə Cənubi Qafqazda ən böyük ölkə olub.
Amma mən regionda bütün dövlətləri vahid gündəm əsasında öz ətrafında toplamağa çalışan, sülh, inkişaf, münaqişələrin həlli məsələsində aparıcı rol oynaya bilən ölkə görmürəm.
Xüsusən Qarabağ münaqişəsinə görə, Azərbaycan və Ermənistan bu rolu oynaya bilməz.
- Sizcə, Azərbaycanın zəngin ehtiyatlarından ölkənin bütün vətəndaşları faydalana bilirmi?
- Mən Bakıda sonuncu dəfə 2002-ci ildə olmuşam və bilirəm ki, o vaxtdan bəri Azərbaycanda çox şey dəyişib. Amma oradan gələn insanlarla söhbətlərim əsasında deyə bilərəm ki, o zəngin ehtiyatlardan heç də hamı bəhrələnə bilmir. Təəssüf ki, bəziləri başqalarına nisbətən bundan daha çox xeyir görürlər.
Mən bu konfransda da dedim - korrupsiya Azərbaycanın
1994-97-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş Richard Kauzlarich-lə müsahibə. Onunla noyabrın 28-29-da Washington-da Beynəlxalq Sülh uğrunda Karnegi Fondunda "Cənubi Qafqaz: Müstəqilliyin 20 ili" mövzusunda keçirilən konfransda söhbətləşdik.
regionda güc mərkəzinə çevrilməsini əngəlləyən, onun potensialının tam açılmasına mane olan çox böyük bir problemdir. Mən indi bir ovuc insan tərəfindən mənimsənilən pulun məbləğini sadəcə təsəvvür edə bilmirəm. Halbuki həmin pullar xalqa xərclənməlidir. Qeyri-neft sektoru inkişaf etdirilməli, yaxud sadəcə kasıb insanların problemlərinin həllinə yönəldilməlidir. Korrupsiya Azərbaycan üçün faciədir.
- Bəziləri Azərbaycanı diktatura adlandırır, bəziləri avtoritar dövlət, bəziləri isə sadəcə, müəyyən problemləri olan gənc respublika. Sizcə, son 20 ildə Azərbaycan demokratiya yolunda nə qədər məsafə qət edib?
- Azərbaycan elan edib ki, Avropaya inteqrasiya etmək istəyir. Amma bu ritorikanın icrasına gəldikdə, işlərin tamam əks istiqamətdə getdiyini görürük.
Bakıda sonuncu dəfə 2002-ci ildə olsam da, məlumatları izləyəndə - mətbuata qarşı məhdudiyyətləri, siyasi müxalifətin yox edilməsini, adi insan haqlarına, o cümlədən dini azadlıqlara şərait yaratmaqdan imtina olunmasını görəndə icra prosesinin bəyan edilənlər istiqamətində yox, əks istiqamətdə getdiyini anlayırsan.
Bu belə davam edə bilməz. İndi regionda elə proseslər gedir ki, Azərbaycan xalqı onlara diqqət etməlidir. Xüsusən də dövlət rəsmiləri.
- Yəqin ərəb inqilablarını nəzərdə tutrsunuz...
- Mən Azərbaycanın ətrafında baş verənlərin hamısını nəzərdə tuturam. Həmin hadisələr niyə baş verir? Çünki həmin ölkələrdəki insanlar öz hökumətlərindən, demokratik islahatların aparılmaması, ifadə azadlığına şərait yaradılmaması, məmurların korrupsiyaya bulaşmasından narazıdırlar. Və bunun ciddi nəticələri olur.
Məncə, müstəqillik əldə etməsindən 20 il keçəndən sonra, yəni indi daha "biz keçid dövrünü yaşayırıq", "Ermənistanla müharibə şəraitindəyik" kimi bəhanələrdən istifadə edə bilməz. İndi ritorikanı reallığa çevirməyin vaxtıdır. Və buna imkan da var. Gec deyil.
- Sizcə, dini ekstremizm Azərbaycan üçün böyük problemdir?
- Azərbaycanda işlədiyim dövrdə bu, problem idi. Amma indi bunun böyük
problem olub-olmadığını deyə bilmərəm. Məncə, ekstremizmə yol açan amillərdən biri də insanların dövlətdən umacaqlarını ala bilməməsi, normal yolla gedə bilməməsi, məyus olmasıdır. Belə olanda insanlarda ifrat ideologiyalara meyl yaranır.
Əlbəttə ki, İrandan böyük təhlükə var. Real təhlükələrdən biri də vəhhabilikdir. Azərbaycan əsasən şiə ölkəsi olsa da, vəhhabilər orada çox fəaldır. Risk var ki, bu meyllər təkcə Azərbaycan üçün yox, bütün region üçün real təhlükə mənbəyinə çevrilsin.
- Yəqin eşitmisiz ki, bu yaxınlarda tanınmış Azərbaycan yazıçı qətlə yetirilib...
- Bəli, böyük faciədir...
- Bir çox insanlar bunun dini ekstremizlə, İranla bağlı olduğunu düşünür, istintaq hələ ki qətlin motivini aydınlaşdırmasa da. Amma İrandan məlumatlar gəlir ki, ayətullalardan biri ilə bağlı insanlar qətlə haqq qazandırıblar. Sizcə, İranın Azərbaycandakı gücü qətl törədəcək səviyyədədirmi?
- İran öz davranışları ilə nümayiş etdirib ki, öz sərhədlərindən xeyli uzaqda da dəhşətli əməllər törədə bilər. Mən qətlə yetirilmiş yazıçı haqda mətbuatdan oxudum. Buna çox kədərləndim. Çünki indiyəcən Azərbaycanda nə qədər qətlə yetirilən, həbs edilən jurnalistin olduğunu bilirəm.
Mən əminəm ki, İranın Azərbaycanla bağlı narahatlıqları var. Mənim dövrümdə də belə idi. İnanıram ki, indi də belədir.
- Nə mənada narahatlıq?
- Çünki İran Azərbaycanın müstəqillik qazanması ilə heç vaxt barışmayıb. Onlar bunu özlərinə təhlükə kimi görürlər. Azərbaycanın İranda yaşayan azərbaycandilli əhaliyə təsirindən ehtiyat edirlər. Və bundan başqa, Azərbaycanın Avropaya inteqrasiya etmək istiqamətində siyasəti, xüsusən ABŞ və İsraillə əməkdaşlıq etməsi də İranın xoşuna gəlmir.