Xristianlığı qəbul etdiyinə görə həbs olundu

Egypt -- A Christian opposition supporter carries a cross amid the crowd on Tahrir Square in Cairo, 09Feb2011

Tehran Məhkəməsi başqa dini qəbul edən şəxsi 6 il azadlıqdan məhrum edib
Tehran İnqilab Məhkəməsi xristianlığı qəbul etmiş Əlirza Seyidyanı 6 il həbs cəzasına məhkum edib.

APA-nın məlumatına görə, İranlılar Kilsəsinin (Kelisay-e İranian) üzvü olan ölkə vətəndaşı İrandakı mövcud quruluşun əleyhinə təbliğat aparmaqda günahlandırılıb.

Qeyd edək ki, Əlirza Seyidyan bir neçə müddət öncə həbs edilib və 30 min ABŞ dolları zəmanətlə azadlığa buraxılmışdı.