BMT komissiyası Assad hökumətini insanlıq əleyhinə cinayətdə ittiham edir

BMT Komissiyası bildirib ki, Suriya qoşunları və təhlükəsizlik qüvvələri insanlıq əleyhinə cinayətlər törədiblər. Bunlara o cümlədən qətllər, işgəncələr və zorlamalar daxildir.

BMT-nin İnsan Haqları Şurasının nəzarəti ilə hazırlanan hesabatda deyilir ki, bu cinayətlərin məsuliyyəti prezident Bashar Assadın hökumətindədir.