Misirdə parlament seçkiləri keçirilir

Bu gün Misirdə parlament seçkiləri keçirilir. Ekspertlərin fikrincə, qələbəyə daha çox islamçılar, o cümlədə “Müsəlman qardaşları” yaxındır.

Seçkinin ilk mərhələsində parlamentin aşağı palatası – Xalq Assambleyası seçiləcək. Bu mərhələ yanvarda başa çatacaq. Yuxarı palataya seçkilər isə martda sona çatacaq. Bundan sonra ölkənin yeni konstitusiyası hazırlanacaq.

Misirdə Hosni Mubarakin devrilməsindən sonra ilk dəfədir seçki keçirilir.