Əfqanıstanda daha 6 əyalət yerli qüvvələrin nəzarətinə verilir

Əfqanıstanda  administrativ rayonların yerli qüvvələrə verilməsinin ikinci mərhələsi başlanır.

Əfqanıstan prezidenti Hamid Karzainin bazar günü açıqladığı sənəddə 6 əyalət, 7 iri şəhər və onlarla rayonun milli təhlükəsizlik qüvvələrinin nəzarətinə verilməsi nəzərdə tutulub.

Amma sənəddə konkret vaxt göstərilmir.

Razılaşmaya əsasən Əfqanıstandakı bütün xarici qüvvələr 2014-cü ilin sonunadək ölkəni tərk etməlidir.