Əfqanıstan Talibanla dialoqun uğursuzluğuna görə Pakistanı günahlandırır

Əfqanıstan rəsmisi Talibanla danışıqlarda irəliləyiş olmadığını deyir.

Əfqanıstanın milli təhlükəsizlik müşaviri Dadfar Spantanın sözlərinə görə, talibançılar demək olar ki, dialoqa maraq göstərmirlər.

O DPA agentliyinə müsahibəsində bildirib ki, Pakistanın xüsusi xidmətilə hərbi rəhbərliyi
danışıqlara razılıq verməyincə talibanla dialoq baş tutmayacaq.

Dadfar Spanta beynəlxalq aləmi Pakistana təzyiqləri artırmağa çağırıb.