«Hayastan» tele-marafonu 12 milyon dollar yığıb

Los-Ancelesdə başa çatan «Hayastan» Ümumerməni Fondunun 14-cü tele-marafonu 12 milyon 286 min 478 dollar toplayıb.

Ənənəvi Şükranlıq günü keçirilən tele-marafon noyabrın 24-də, Yerevan vaxtilə saat 20:00-da başlayıb və noyabrın 25-i saat 08:00-dək davam edib.

Aksiya Ermənistanın İctimai Televiziyası da daxil olmaqla bir neçə telekanal tərəfindən yayımlanıb.

Bu ilki ianələr Ermənistan və Dağlıq Qarabağda su təminatı layihələrinin icrasına yönələcək.