Bakı-Şamaxı-Ağsu yolu bağlanıb (VİDEO)

Sizin brauzer HTML5-i dəstəkləmir

Noyabrın 24-ü axşamdan qar Bakıda nəqliyyatı iflic edib. Yalnız noyabrın 25-də nəqliyyatın işini bərpa etmək mümkün olub.

Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar olaraq Bakı-Şamaxı-Ağsu yolu bağlanıb.

Yolun Qobustan, Şamaxı, Ağsu rayonlarından keçən hissəsində noyabrın 24-ü axşam saatlarından başlayaraq nəqliyyatın hərəkəti dayandırılıb. Bakıdan Ağsu aşırımına qədər olan ərazidə 15-ə yaxın avtomobil yolda qalıb. Hazırda nəqliyyatın hərəkətinin bərpa olunması üçün yola duz, qum səpilir, ağır texnika cəlb olunub.

Muğanlı-İsmayılı yolunun da buz bağladığı, yolda 20, yol kənarlarında isə 40 santimetr qalınlığında qar olduğu bildirilir. Şamaxı və Ağsunun dağ kəndlərində qarın qalınlığı yarım metrə çatır.

Bakı-Şamaxı-Ağsu yolu bağlı olduğu üçün sürücülər alternativ olaraq Bakı-Qazax, Ucar-Göyçay, Ağdaş-Qəbələ, Kürdəmir-Ağsu yollarından istifadə edirlər. /apa/