Misir hakimiyyəti toqquşma zamanı öldürülənlərə görə üzr istəyib

Misir hərbi qüvvələri etirazçılarla toqquşmalar zamanı baş verən ölümlərə görə üzr istəyib.

Ölkənin hərbi qüvvələrinin yaydığı bəyanatda bildirilib ki, bu ölümə görə məsuliyyət daşıyanlar məhkəmə qarşısında mühakimə olunacaqlar.

Ötən həftənin 5-ci günündən başlayan etiraz aksiyalarında azı 35 adam öldürülüb.

Etirazçılar müvəqqəti hökumət olan Hərbi Şuranın istefaya getməsini tələb edir.