BMT Liviya üsyançılarını müharibə cinayətində ittiham edir

BMT-nin yeni hesabatında deyilir ki, Liviyanın keçmiş üsyançıları çoxunun afrikalı olduğu 7 min məhbus saxlayıb.

BMT-nin baş katibi Ban-Ki-Moon deyib ki, onların bəziləri işgəncəyə məruz qalıblar. Bəziləri dərisinin rənginə görə hədəfə alınıb.

BMT-nin baş katibi bildirib ki, hesabatda həm üsyançılar, həm də keçmiş hökumət nümayəndələrinin Sirtədə müharibə cinayətləri ilə bağlı narahatedici məqamlar var.