Yəmən prezidenti hakimiyyəti verir

Ali Abdullah Saleh

Yəmən prezidenti Ali Abdullah Saleh hakimiyyətin verilməsilə bağlı razılaşmanı imzalayıb.

Səudiyyə Ərəbistanında imzalanmış bu razılaşma Fars körfəzi ölkələrinin vasitəciliyi ilə əldə olunub.

Sənəddə hakimiyyətin verilməsi əvəzində prezident və onun yaxın ətrafının cinayət məsuliyyətinə cəlb edilməməsi və ölkədə azad seçkilər keçirilməsi nəzərdə tutulur.

Saleh imza mərasimindən sonra Yəmənə dönməyəcək, müalicə üçün Nyu-Yorka yollanacaq.

Bunlara da nəzər salın
O, 30 gün ərzində formal prezident olacaq.

Bu ilin əvvəllərindən ölkədə mövcud rejimə qarşı kütləvi aksiyalar keçirilir.

Prezident Ali Abdullah Saleh 30 ildən çoxdur ki, hakimiyyətdədir.