Bakıda gəmi yandı

Noyabrın 22-də Bakı buxtasında yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin saytında bildirilir ki, Xətai rayonunda istifadəsiz və kəsilməkdə olan gəmidə yanğın baş verib.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb.