BMT-nin hesabatı: “Əfqanıstanda qadınları müdafiə edən qanun işləmir

"Əfqanıstanda iki il əvvəl qəbul edilən qanun qadınları zorakılıqdan, güclə evləndirməkdən və bu kimi zorakı hallardan müdafiə etmək iqtidarında deyil". Bu rəy BMT-nin yeni hesabatında deyilir.

Hesabatda deyilir ki, qanun hadisələrin çox kiçik faizinə tətbiq edilə bilib. BMT-nin araşdırmasına görə, son iki ildə Qadınlara Qarşı zorakılıqla bağlı 594 araşdırma aparılıb, amma bu, Əfqanıstan hüquq müdafiə təşkilatlarında qeydiyyata alınan 2 200-dən çox hadisənin yalnız 29 faizidir.

Hesabatda o da qeyd edilir ki, polis nadir hallarda qadınların zorakılıqla bağlı şikayətini qəbul edir və münaqişələrin ənənəbi yolla həllinə imkan açır. Bir çox şikayət isə ümumiyyətlə araşdırmadan kənarda qalır.