Kosmonavtlar yerə endi

Beynəlxalq Kosmik Stansiya

Beynəlxalq Kosmik Stansiyanın 3 üzvü «Soyuz» kapsulu ilə Qazaxıstana enib.

Bunu Rusiyanın Missiyaya Nəzarət İdarəsi bildirir.

Missiyanın Moskvadakı sözçüsü deyir ki, heyətlə əlaqə yaradılıb və bütün üzvlər salamatdır.

Amerikalı Mike Fossum, yaponiyalı Satoshi Furukawa və rusiyalı Sergey Volkov Arkalık şəhərinin şimalında yerə enib.

Üçlük Beynəlxalq Kosmik Stansiyada 5 aydan çox işləyib.

Başqa bir üçlük - amerikalı Dan Burbank, rusiyalı Anton ŞkaplerovAnatoli İvanişin noyabrın 16-da stansiyaya çatıb və mart ayınadək orada işləyəcəklər.