Qabonun keçmiş rəsmisi iddia edir ki, Sarkozynin seçki kampaniyasına Qabon prezidenti pul verirdi

“Qabonun keçmiş prezidenti Omar Bongo Fransa prezidenti Nicolas Sarkozynin 2007-ci ildə prezident kampaniyasını maliyyələşdirib”, - bunu Gabon hökumətinin keçmiş rəsmisi Fransada bu həftə çıxacaq yeni kitabında yazır.

Bongonun 2005-ci ildən yaxın köməkçisi və 2009-cu ildən prezident aparatının rəhbəri Mike Jocktane kitabında yazır ki, keçmiş Qabon prezidenti içi milyonlarla dolu diplomatları Fransa siyasətçilərinə göndərirdi.

Jocktane Franss Pressə təsdiqləyib ki, bu iddialarını müdafiə etməyə hazırdır. O deyib: “Qabona Fransadan nümayəndə gələndə Qabon hökumətində deyirdilər ki, “diplomatının dalınca gəlib””.

Frans Press Sarkozynin ofisindən bu məlumata şərh istəyib, prezident aparatı şərh verməkdən imtina edib.

Kitab cümə axşamı çıxacaq.