Ukrayna müxalifəti Yulia Tymohsnekonun həyatına təhlükə olduğunu deyir


Tymohsnekonun partiyasında sədrin müavini olan Oleksandr Turchinov bildirir ki, hazəırda həbsxanada olan keçmiş Baş nazir Yulia Tymohsnekonun səhhəti kəskin pisləşib. Onun həyatına real təhlükə yarandığını deyən Turchinov iddia edir ki, Tymohsneko həbsxanada işgəncələrə məruz qalıb: “Onun vəkilləri artıq Sərhədsiz Həkimlər, Qızıl Xaç, Beynəlxalq Səhiyyə Təşkilatına müraciət edərək məsələyə müdaxilə olunmasını xahiş ediblər. Prokurorlar müstəqil həkimlərin onu müayinə etməsinə imkan vermir, istintaqı davam etdirirlər.”

Vəkillərinin də bildirdiyinə görə keçmiş Baş nazir davamlı bel ağrılarından əziyyət çəkir, özü ayaq üstə yeriyə bilmir və əsasən çarpayıda uzanıqlı qalır.

Amma Penitensiar Xidmətin rəsmiləri bildirirlər ki, Yulia Tymohsnekonun səhhətində müstəntiqlərin onunla görüşməsini əngəlləyəsi bir problem yoxdur.

Yulia Tymohsneko 2009-cu ildə Baş nazir olduğu müddətdə Rusiyadan qaz ixracına dair qanunsuz müqaviləni təsdiq etmək ittihamı ilə yeddi il müddətinə azadlıqdan məhrum edilib. Amma o özü ittihamları rədd edir.