Lənkəranda Türkiyə konsulluğu açılır

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Lənkəran şəhərində olub.

Səfir jurnalistlərə açıqlamasında səfərinin əsas məqsədinin Lənkəranda Türkiyə konsulluğunun açılması ilə bağlı olduğunu deyib. Səfir konsulluq binası üçün hələlik yer seçilmədiyini açıqlayıb.

Konsulluq 2012-ci ilin əvvəllərində açılacaq. /apa/