“Müsəlman qardaşları” Liviyada konfrans keçirir

Bengazi şəhərində son on illiklərdə ilk dəfə olaraq “Müsəlman qardaşları” təşkilatı Liviyada konfrans keçirir.

“Müsəlman qardaşları”nın Liviyadakı rəhbəri Suleyman Abdulkader çıxışında bildirib ki, əsas məqsəd ölkənin inkişafı ilə bağlı variantları müzakirə etməkdir.

Qaddafinin hakimiyyəti dövründə Liviyada “Müsəlman qardaşları” təşkilatının fəaliyyəti qadağan olunmuşdu.