“Wall streeti işğal et” aksiyasının 200-ə yaxın fəalı saxlanıb

Nyu-Yorkda “Wall streeti işğal et” aksiyasının 200-ə yaxın fəalı saxlanıb. Aksiyaçılarla polis arasında qarşıdurma olub.

“Wall streeti işğal et” aksiyası iki ay əvvəl ABŞ-ın iqtisadi siyasətinə etiraz olaraq başlamışdı. Onların internet vasitəsilə çağırışlarına Belçika, Almaniya, Polşa və İspaniyada da nümayişçilər qoşulmuşdu.