Bağdadda zəvvarları aparan avtobus partladılıb

Bağdadda şiə zəvvarları aparan avtobusun partladılması nəticəsində 2 nəfər ölüb, azı 18 adamsa yaralanıb.

Yerli polisin məlumatına görə, avtobus minaya düşüb.

Zəvvarlar şiələr üçün müqəddəs yerlərdən sayılan Samarra şəhərindən qayıdırmışlar.