ABŞ-ın pilotsuz təyyarələri Pakistan ərazisini vurub

ABŞ-ın pilotsuz təyyarələrinin Pakistanın şimal-qərbində keçirdiyi əməliyyat nəticəsində azı 16 yaraqlının öldüyü xəbər verilir.

Bu barədə Pakistanın hakim dairələri xəbər verir.

Məlumata görə, Cənubi Vəziristandakı kəndlərdən birində 2 evə 4 raket buraxılıb.

Birləşmiş Ştatlar hələlik məlumatı təsdiqləməyib.

ABŞ ordusu vaxtaşırı Əfqanıstan və Pakistan sərhəddində bu cür reydlər keçirir.

Pakistan buna suverenliyinin pozulması kimi baxır.