Azərbaycan Pakistandan döyüş təyyarələri alır

«JF-17 Thunder»

Azərbaycan Pakistan və Çinin birgə istehsalı olan «JF-17 Thunder» («İldırım») təyyarələri almaq niyyətindədir.

Bu barədə «APA»ya «Dubai Airshow-2011» aviaşousunda təmsil olunan «Pakistan Aeronautical Complex – PAC» şirkətindən məlumat verilib.

Hazırda şirkət Pakistan Hava Qüvvələrinin sifarişlərini yerinə yetirir. Azərbaycana ixrac yalnız yaxın bir neçə ildə reallaşa bilər. Artıq tərəflər sifarişin ilkin həcmini də müəyyənləşdiriblər.

Aviaşou çərçivəsində Dubay şəhərinin əsas hava limanı üzərində «JF-17 Thunder» döyüş təyyarəsinin nümunəvi uçuşları olub. Uçuşları Azərbaycan nümayəndə heyətinin üzvləri də izləyiblər.

«JF-17 Thunder» təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin «MiG-29» təyyarələri ilə eyni xüsusiyyətlərə malikdir. Təyyarənin yüksək manevr qabiliyyəti var.

http://www.youtube.com/embed/5XL0e7H8BSY