Sinaqoqa hücum olub

Arxiv foto

Divara “Yəhudilərə ölüm” yazıb, pəncərələri sındırıblar
Belarusun Babruysk şəhərində bu gün sinaqoq dağıdılıb. AzadlıqRadiosunun Belarus xidmətinin verdiyi məlumata görə, bu səhər saat 2.00-da naməlum şəxslər sinaqoqun pəncələrini sındırıblar.

Dini məbədin katibi Maya Savaseyeva bildirib ki, bu şəxslər sinaqoqun həyətini əhatə edən divara “Yəhudilərə ölüm!” şüarını yazıblar:

“Bura insan şəxsiyyətini alçaldan sözləri yazılıb və svastika işarəsi çəkilib. Hadisə ilə bağlı polis araşdırmaya başlayıb”.

Savaseyevanın sözlərinə görə, sinaqoqa gedib-gələn icma üzvlərinin sayı təxminən 50 nəfərdir və onların əksəriyyəti yaşlı insanlardır. İndi isə binanın təmirinə məhz onlar pul ayırmalı olacaqlar.

1999-cı ildə Babrysk şəhərində 1400 yəhudi yaşayırdı. Bu gün isə onların dəqiq sayı məlum deyil. Çünki həmin vaxtlar bir çox yəhudilər Belarusu tərk ediblər.