İrana yeni təzyiqlər məsələsi müzakirə olunur

Bu gün Brüsseldə Avropa Birliyi ölkələri xarici işlər nazirləri İrana yeni təzyiqlər məsələsini müzakirə edirlər.

Almaniyanın xarici işlər naziri Guido Westerwelle jurnalistlərə hərbi müdaxilənin müzakirə olunmadığını bildirib.

Ancaq Böyük Britaniyanın xarici işlər naziri William Hague və Hollandiyanın xarici işlər naziri Uri Rosenthal bildirblər ki, hərbi müdaxiləni istisna etmək olmaz.